ABŞ müttəfiqləri ilə Rusiyaya sanksiyalar ilə təzyiq göstərmək üzrə işləyəcəklər.
Bu barədə ABŞ maliyyə nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir: “Biz sanksiyaların tətbiqi məsələsində müttəfiqlərimizlə və tərəfdaşlarımızla işləyəcəyik”.
Qeyd edək ki, ABŞ 2018-ci ilin yanvarından fiziki və hüquqi şəxslərə bir neçə enerji layihələrində Rusiya şirkətləri ilə iş aparmağa qadağa qoyub.