ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, təbrik mesajında bildirilib ki, ABŞ Azərbaycanda və ümumilikdə, Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir.

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik”, – təbrikdə qeyd olunub.

Share: