Bomba paketləri Ukraynaya bağışlanan raket buraxılış qurğuları istehsal edən İspaniyanın silah şirkəti Instalaza və Madriddəki Torrejon de Ardoz aviabazasında tapılıb. Digər tərəfdən ABŞ-ın Madriddəki səfirliyinə də paket göndərildiyi bildirilib.
Müstəqil.Az xarici mediaya istinadən xəbər verir ki, dünən Ukraynanın İspaniyadakı Madrid səfirliyinə göndərilən və bir zabitin yaralanmasına səbəb olan bomba zərfi ilə bağlı başladılan araşdırmalar davam edərkən, oxşar hadisənin başqa bir silah şirkətində də yaşandığı üzə çıxıb. İspaniya polisindən verilən açıqlamada, dünən axşam saatlarında Saraqosa şəhərində Ukraynaya C90 reaktiv yaylım atəş sistemini təmin edən silah şirkəti Instalaza-ya bombalı məktub göndərildiyi bildirilib. Zərf açılmazdan əvvəl təhlükəsizlik qüvvələrinə məlumat verildiyi, Ukraynanın Madrid səfirliyinə göndərilənə bənzər əl istehsalı bombanın olduğu bildirilib. Bombanın nəzarətli şəkildə partladıldığı və xəsarət alan olmadığı bildirilib.
İspaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, bu gün Torrejon de Ardozdakı Hərbi Hava Qüvvələri bazasında yerləşən Avropa İttifaqının Peyk Mərkəzinə partlayıcı maddənin olduğu şübhəli bir paketin göndərildiyi açıqlanıb. Bildirilib ki, bağlama rentgen aparatı ilə skan edildikdən sonra içərisində “mexanizm” olduğu müəyyən edilib. Bildirilib ki, aviabazaya gücləndirici təhlükəsizlik qüvvələri yerləşdirilib.
Son xəbərlərə görə, ABŞ-ın Madriddəki səfirliyinə bomba paketi göndərilib. Reuters xəbəri İspaniya televiziyasına əsaslandırıb.
Madriddə zərfin açılmasından sonra partlayış Ukraynanın Madriddəki səfirliyində zərfin açılmasından sonra partlayış baş verib.
Qeyd edək ki, dünən Ukraynanın Madriddəki səfirliyinə gələn zərfin açılması zamanı baş verən partlayışda bir nəfərin yaralandığı bildirilib. İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, yerli vaxtla saat 13.00 radələrində (TSİ 15.00) Ukraynanın Madriddəki səfirliyinin bağçasında partlayış baş verdiyi bildirilib.
Müstəqil.Az