ABŞ Hərbi Hava Qüvvələrinin B-1B Lancer və B-2 Spirit strateji bombardmançıları martın ortalarında İslandiya, Qrenlandiya və Böyük Britaniya sahilləri boyu birgə təlim-məşq uçuşları keçiriblər. “The Drive” nəşri yazır ki, həmin rayonlarda Rusiyanın hərbi gəmi və təyyarələrinin meydana çıxması mümkündür.
“B-1B Lancer və B-2 Spirit qütb dairəsi boyu birgə uçuşlar keçirirsə bu o deməkdir ki, Birləşmiş Ştatlar bu güclü hava vasitələrini gələcəkdə həmin regionda Rusiya əməliyyatlarına qarşı tətbiq etməyə hazırdır”,-nəşr yazır.
Bildirilir ki, B-1B Lancer bombardmançıları zərbə endirmək üçün AGM-158 Joint Air-to-Surface Standoff Missile (JASSM) və AGM-158C Long-Range Anti-Ship Missile (LRASM) raketlərini tətbiq edəcək, stels-bombardmançı B-2 Spirit isə nüvə silahı tətbiq etmək üçün nəzərdə tutulur.
ABŞ strateji bombardmançıları son aylarda Rusiya ətrafında müntəzəm olaraq uçuşlar keçirirlər, o cümlədən Krım sahillərində tez-tez görünürlər.
Müstəqil.Az