“ABŞ Tayvanın müstəqilliyini tanımır” — Ağ Ev

“ABŞ Tayvanın müstəqilliyini tanımır” — Ağ Ev

“Ağ Ev Tayvanın müstəqilliyini tanımır. ABŞ Administrasiyası yaxın günlərdə bu mövqeyi ən yüksək səviyyədə Çinin diqqətinə çatdırıb”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib:

“Biz bəyan etmişik ki, Tayvanın müstəqilliyini dəstəkləmirik”.

Kirbinin sözlərinə görə, ABŞ Çinin genişmiqyaslı təlimlər keçirmək də daxil olmaqla, uzunmüddətli perspektivdə cavab tədbirləri görəcəyini gözləyir: “ABŞ Çinlə münaqişəyə can atmır”.

Qeyd edək ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib. Həmçinin ABŞ-ın Çindəki səfiri XİN-ə çağırılıb.


Share: