“Vaşinqton Tayvanda separatizmi dəstəkləmir”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə telefon danışığı zamanı deyib.
“Bir daha qeyd etmək istəyirəm ki, ABŞ-ın “Vahid Çin” siyasəti ilə bağlı mövqeyi dəyişməyib və dəyişməyəcək, Amerika tərəfi Tayvanda separatizmi dəstəkləmir”, – deyə Bayden deyib.
O qeyd edib ki, Çin-ABŞ əməkdaşlığı təkcə iki ölkənin xalqlarının deyil, bütün dövlətlərin xeyrinədir və ABŞ Çinlə maneəsiz dialoqu davam etdirməyə ümid edir:
“Biz ümid edirik ki, Çinlə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirək, eləcə də bütün fikir ayrılıqlarını lazımi qaydada həll edək”.