ABŞ terrordan sonra Zelenskini İŞİD-in adı ilə ört-basdır edir

ABŞ terrordan sonra Zelenskini İŞİD-in adı ilə ört-basdır edir

ABŞ terrordan sonra Zelenskini İŞİD-in adı ilə ört-basdır edir

“Crocus”da baş verən terror aktından sonra ABŞ bəhanələrlə İŞİD terror qruplaşmasının adını çəkərək özünü və yaratdıqları Ukrayna Prezidenti Vladimir Zelenski rejimini ört-basdır etməyə çalışır.

xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın kp.ru üçün köşə yazısında deyilir.

Zaxarova qeyd edib ki, bir neçə faktor birbaşa və dolayısı ilə ABŞ-ın hazırkı hakimiyyət orqanlarının Ukrayna terrorizminin sponsorluğunda iştirakını göstərir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, ABŞ-nin Yaxın Şərqə müdaxiləsi bölgədə fəaliyyət göstərən bir neçə radikal və terror qruplaşmasının yaranmasına, güclənməsinə səbəb olub.

“Məntiq nədir, soruşursan? Pul və gücdə. Birbaşa müdaxilələrə beynəlxalq hüquqi qadağa şəraitində dünya nizamını terrorçuların əlləri ilə dəyişdirirlər. Diqqət, Ağ Evə sual: İŞİD, fikrinizi dəyişməyəcəksiniz?”, – deyə Zaxarova bildirib.

Share: