ABŞ Türkiyəni Kremlə qarşı təhrik edir: Ankaranın qərarı…

ABŞ Türkiyəni Kremlə qarşı təhrik edir: Ankaranın qərarı…

Ehtiyatda olan ABŞ generalının bu sözləri Co Bayden administrasiyasının seçdiyi təcavüzkar xarici siyasətə tamamilə uyğundur. Bu, Qara dəniz bölgəsində təhlükəsizliyə heç bir töhfə vermir.

Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı ekspert Nikolay Kostikin amerikalı general Ben Hocesin Qara dəniz ölkələrinin Rusiyaya qarşı birləşməli olduğu barədə çağırışını şərh edərkən bildirib.

“Əksinə, ABŞ bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir. Hazırda Donbasdakı vəziyyət çox pisləşib. Ukraynalılar orada qüvvələrini gücləndirirlər. Baydenin mövqeyi gərginliyin artmasından yanadır”, – Kostikin vurğulayıb.

Kostikin Türkiyənin ABŞ-ın çağırışına qoşulmayacağını qeyd edib:

“Bir tərəfdən Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağdan Suriyaya, enerjidən ticarətə qədər bir sıra sahələrdə ortaq maraqlar var. Digər tərəfdən də Türkiyə müttəfiqlik öhdəliklərinə görə ABŞ-a bağlıdır. Qara dəniz bölgəsində vəziyyət belə davam edərsə, ABŞ hər yolla Türkiyəni öz oyunlarının içinə çəkməyə çalışacaq. Güman edirəm ki, Ankara bunu başa düşür və Vaşinqtonun tələsinə düşməyəcək.

Müstəqil.Az

Share: