ABŞ prezidenti Donald Trampun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatını dəyərləndirib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ Ankaranın Afrindən çəkilərək YPG ilə döyüşməməsi istəyir.
ABŞ-ın hərbi məsləhətçilərinin də bölgədə olduğunu deyən Trampın məsləhətçisi hər hansı yanlış hesablamanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-da Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.
Müstəqil.Az