ABŞ hakimiyyəti S-400 komplekslərinə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Müstəqil.Az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məhdudiyyətlərin Türkiyə Müdafiə Sənayesi İdarəsi və onun rəhbəri İsmayıl Dəmirə qarşı tətbiq olunacağı bildirilib.
Müstəqil.Az