ABŞ üç Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ üç Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ Çinin üç şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Millerin sözlərinə görə, ABŞ Çinə ballistik raket istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərinə əsaslanaraq sanksiya qoymaq qərarına gəlib.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-nin Çindən olan 13 təşkilata, o cümlədən texnologiya sektoru şirkətlərinə qarşı ixrac məhdudiyyəti tətbiq etdiyi məlum olub.


Share: