Vaşinqton Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarını və yanacaq-energetika komplekslərini atəşə tutmasından narazıdır.
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post”a müsahibəsində deyib.
Eyni zamanda Zelenski vurğulayıb ki, Qərb Ukrayna ordusuna bu cür hücumlarını qadağan edə bilməz.
“Biz öz dronlarımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz”, – Ukrayna lideri əlavə edib.