ABŞ, Ermənistan, Ukrayna, Gürcüstan və bir sıra digər ölkələrin hakimiyyət orqanları birgə bəyanat yayaraq bildiriblər ki, onların bioloji təhlükənin azaldılması proqramı çərçivəsindəki əməkdaşlığı yalnız dinc məqsədlər güdür.
Dövlət Departamentinin mətbuat xidmətinin bazar ertəsi yaydığı sənəddə deyilir ki, bu tərəfdaşlıq Pentaqonun Kooperativ Təhdidlərin Azaldılması Proqramlarının bir hissəsidir, sırf dinc məqsədlər üçündür və silahlarla heç bir əlaqəsi yoxdur.
Bəyanata İordaniya, İraq, Liberiya, Syerra-Leone, Uqanda və Filippin də qoşulub.
Mənbə: TASS