“ABŞ Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə vermir” — Lavrov

“ABŞ Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə vermir” — Lavrov

“ABŞ Ukraynaya Rusiya ilə sülh danışıqları aparmağa imkan vermir, bu yolla onlar Moskvanı tükəndirmək istəyirlər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya tərəfinin Ukrayna ilə danışıqlardan imtina etməsi ilə bağlı ittihamlar var, baxmayaraq ki, Prezident Putin bu istiqamətdə ciddi təkliflərin olmadığını dəfələrlə bildirib. İstanbuldakı danışıqlar açıq şəkildə göstərir ki, həmin vaxt ukraynalılar uzanan əlləri geri çəkdilər. Hətta bir çox  ABŞ və Avropa rəsmiləri Moskva ilə Kiyev arasında diplomatik danışıqların yaxın vaxtlarda mümkün olmadığı fikrini insanların beyninə yeritməyə çalışırlar”,-deyə Lavrov bildirib.


Share: