ABŞ Ukraynaya əhəmiyyətli silah tədarükünü davam etdirə biləcəyinə əmindir.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz Ukrayna cəbhəsinə əhəmiyyətli miqdarda hərbi yardım – silah və təchizat çatdırmaqda davam edə biləcəyimizə əminik. İndiyədək biz bu işdə uğur qazanmışıq və inanırıq ki, Rusiya təhdidlərinə baxmayaraq, davam etməyə imkan verəcək bir sistemimiz var”, – deyə Sullivan CBS telekanalına bildirib.
Müstəqil.Az