ABŞ ÜST-dən bu tarixdə ayrılacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağı tarix məlum olub.

Müstəqil.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ 2021-ci ilin 6 iyul tarixində ÜST-dən ayrılacaq.

Səbəb kimi ÜST-ün yeni tip koronavirusa (COVID-19) və digər qlobal böhranlara qarşı tədbirlər görə bilməsi göstərilir.(publika)

Share: