ABŞ və Çin müdafiə nazirləri arasında telefon danışığı baş tutub.
“Washington Post”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında telefon söhbəti bir saatdan artıq davam edib.
“DefenseNews” isə Pentaqonun yaydığı məlumata istinad edərək tərəflərin Ukraynadakı müharibəni, Şimali Koreya, Cənubi Çin dənizində vəziyyəti və ABŞ-ın Tayvana qarşı siyasəti müzakirə etdiyini yazıb.
Qeyd edək ki, bu, ABŞ müdafiə naziri Lloyd Ostinin Çin müdafiə naziri Donq Yun ilə ilk telefon danışığı olmaqla yanaşı 2022-ci ilin noyarbırndan bəri ABŞ müdafiə nazirinin çinli həmkarı ilə ilk telefon danışığıdır.