ABŞ Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş insidentə münasibət bildirdi

ABŞ Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş insidentə münasibət bildirdi

“ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasına sadiqdir”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

“İrəliyə aparan yeganə yol dialoq və diplomatiyadır”, – N. Prays vurğulayıb.

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və atışma baş verib.

Share: