Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Məmmədli Əli Asim oğlunu vurub.
Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.