Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunun Saray yolunda ağır yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Müstəqil.Az  xəbər verir ki, hadisə Saray-Novxanı şossesində baş verib.

Belə ki, 50-AA-222 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Maqsudov Maqsud Rəhim oğlu hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Avtomobilin vurması nəticəsində 2001-ci il təvəllüdlü Şabanlı Yusif Hətəm oğlu hadisə yerində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Müstəqil.Az

Share: