“Açıq mikrofon” bu dəfə Ağcabədidə keçirildi

“Açıq mikrofon” bu dəfə Ağcabədidə keçirildi

“Səyyar qəbul otağı” bu dəfə Ağcabədi rayonunun sakinləri üçün qurulub.

“Qafqazinfo” xəbər verir ki, aksiyada 10-a yaxın müraciət ünvanlanıb.

Bunlardan 2-si rayonun yeni salınmış yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsi ilə bağlı olub.

Tədbir iştirakçılarından 1 nəfər fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Vətəndaşa bildirilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir.

Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.


Share: