2018-ci ildə Şeyma Subaşı ilə boşandıqdan sonra Ayça Çağla Altunkaya ilə sevgili olmağa başlayan türkiyəli aparıcı və biznesmen Acun İlıcalı özəl həyatı ilə gündəmdən düşmür.
Bu dəfə də onun özündən 30 yaş kiçik sevgilisi ilə necə tanış olması müzakirə mövzusu olub.
Məlum olub ki, Altunkaya tibb bacısı məzunu olub və cütlük bu vəsiləylə tanış olublar.
Belə ki, Altunkaya “Survivor” yarışması üçün Dominikdə yaradılacaq səhiyyə qrupuna müraciət edib və müraciət zamanı tanış olan cütlüyün münasibəti başlayıb.
Şeyma Subaşı ilə boşandıqdan sonra axtardığı sevgini Altunkayada tapan Acun İlıcalı hər fürsətdə “Çağla məni çox xoşbəxt edir” deyir.
Mənbə: TV100