“ADA İnter” 10 yaşını qeyd etdi

“ADA İnter” 10 yaşını qeyd etdi

 Azərbaycanın ən nəhəng xaricdə təhsil şirkəti olan “ADA İnter” 10 yaşını qeyd etdi

Beynəlxalq xaricdə təhsil şirkəti olan “ADA İnter” rəsmi olaraq 10 illik fəaliyyətini qeyd edir. “ ADA İnter” –in 10 illik yubiley tədbirində fəxri qonaq qismində “Liatris” Holdinqin rəhbəri və iş qadını Ruhiyyə Əliyeva iştirak edib. Ruhiyyə Əliyeva tədbirdə çıxışı zamanı “ ADA İnter” şirkətinin fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib və “ADA İnterin”-in Azərbaycan gənclərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib. Qeyd edək ki, “ADA İnter” şirkəti Kanada, Amerika , Avropa ölkələri, Türkiyə, Ukrayna və eləcədə digər ölkələr üzrə tələbələrin və məzunların xaricdə təhsil üzrə bütün sənədləşmə prosesini tam professional şəkildə təmin edir. Məhz “ADA İnter” şirkətinin dəstəyi ilə hazırda yüzlərlə gənc öz xaricdə təhsil xəyalını gerçəkləşdirərək dünyanın ən öndə gedən ölkələrində və prestijli təhsil müəssisələrində akademik fəaliyyətini davam etdirir. Bir çox yüksək reytinqli universitetlər ilə birbaşa partniyorluq edən “ADA İnter” şirkəti bu 10 illik fəaliyyəti boyunca bir çox uğurlara imza atıb.

Müstəqil.az

Share: