Adam oğrusu yaxalandı və başqa cinayətləri də üzə çıxdı

Oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Gəncə şəhər sakini Qurban Qurbanovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər ağır cinayət törətməsi də müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Share: