Müstəqil.Az “Seanews.az”-a istinad edərək bildirir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əməkdaşları Akademiyanın məzunu olmuş və Vətən Müharibəsində iştirak edərək yaralanmış Eldar Həmidovu ziyarət ediblər.
Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə çiynindən və ayağından yaralanan Eldar hazırda Sumqayıt şəhərində xəstəxanada müalicə alır.
“Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov ADDA rektoru Heydər Əsədovun salamlarını məzuna çatdırıb və bütün ADDA kollektivi adından ona tezliklə sağalmağı arzulayıb.
Sonda Eldar Həmidova Akademiyanı bitirməsini təsdiq edən diplom təqdim edilib.
Müstəqil.Az