Müstəqil.Az bildirir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan abituriyentlər qeydiyyatdan keçmək üçün aşağıdakı linklərdən istifadə edə bilərlər:
- https://form.jotform.com/202672089791464 – Akademiyanın informasiya bazası
- www.e-telebe.edu.az– Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya bazası
Hər iki linkdən qeydiyyatdan keçmək vacibdir.
Akademiyanın informasiya bazasında onlayn qeydiyyat üçün tələb olunan ilkin sənədlər bunlardır:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Attestatın surəti
- Abituriyentin elektron ərizəsi və Fin kodu
- Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
- 3×4 şəkil
Qeyd:
- Tələbə tanışlıq məqsədi ilə Akademiyaya gələndə qeyd olunan sənədlərin əslini gətirməlidir.
- Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:
– Pencək
– Şalvar
– Köynək
– Palto
– Yubka (qızlar üçün)
Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Müstəqil.Az