Britaniyalı müğənni Adelin yeni evini ipoteka ilə aldığı məlum olub. Növbəti 30 il ərzində ifaçı 38 milyon dollarlıq krediti ödəmək üçün banka ayda 227 min dollar ödəməli olacaq.
Evin Los-Ancelesdə yerləşədiyi və bu ilin əvvəlində alındığı bildirilib.
Müğənni 58 milyon dollarlıq malikənə üçün nağd şəkildə 20 milyon dollar ödəyib.
Evin sahəsi 1700 kvadratmetrdən çoxdur. İçəridə 8 yataq otağı, 12 vanna otağı, həmçinin kinoteatr, idman zalı və siqaret otağı var.
Malikanə əvvəllər Silvester Stalloneyə məxsus olub.
Mənbə: gazeta.ru