Tanınmış vəkil Adil İsmayılov koronavirusdan dünyasını dyişib.
Müstəqil.Az Qaynarinfoya istinad edərək xəbər verir ki, bu barədə onun vəkil həmkarı Aqil Layıc öz Feysbuk hesabında yazıb.
“Qəti olaraq inanmaq istəmirəm: Adil İsmayilov COVİD-ə yenik düşdü… Çox böyük itki oldu bu. Allah rəhmət eləsin. Hüquq sistemi üçün çox böyük itki oldu”, – vəkil əlavə edib.
Xatırladaq ki, Adil İsmayılov 1957-ci ildə anadan olub. İndiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox tanınmış şəxsin, o cümlədən 2004-cü ildə Macarıstanda tutularaq ömürlük həbsə məhkum edilmiş, 2012-ci ildə Azərbaycana gətirilərək azadlığa buraxılmış zabit Ramil Səfərovun vəkili olub.
Müstəqil.Az