“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla AzadlıqRadiosuna bildirib.
Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:
“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib”.
Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.