Azərbaycan bazarında parfümeriya və kosmetika məhsullarının pərakəndə ticarəti və distribütorluğunu həyata keçirən “Adore Kompani” MMC nizamnamə kapitalını kəskin azaldıb.
“-Economics” xəbər verir ki, şirkət nizamnamə kapitalından 8 milyon 769,5 min manat çıxararaq onu 100 min manata endirib. Bundan əvvəl, “Adore Kompani”nin nizamnamə kapitalı 8 milyon 869,5 milyon manat təşkil edib.
Qeyd edək ki, “Adore Kompani” MMC 1999-ci ildə yaradılıb. 2020-ci ildə bu sahənin ikinci böyük pərakəndəcisi olan “Sabina” Mağazalar Şəbəkəsi ilə birləşib. Şirkətin hazırda qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır.