ADU-da Tofiq Nurəli ilə görüş.

ADU-da Tofiq Nurəli ilə görüş.

Aprelin 10-da Azərbaycan Dillər Universitetində şair Tofiq Nurəli ilə tələbə-magistrlərin görüşü olmuşdur.

 

Bu haqda Müstəqil.az görüş iştirakçılarından məlumat əldə edib.Görüş çox maraqlı keçmişdir. Görüşdə iştirak edən müəllimlərin və tələbələrin bir qismi şairin yaradıcılığı barədə maraqlı çıxışlar etmiş, tələbələr şairin şeirlərindən çoxsaylı nümunələri səsləndirmişlər.

“Mədəniyyət”TV-nin çəkdiyi, T.Nurəliyə həsr olunmuş “Ömürdən uzun sevda” sənədli filmindən fraqmentlər göstərilmiş, şairin sözlərinə yazılmış və uzun illərdir populyarlığını saxlayan ” Ad günü”mahnısı səslənmişdir. Görüş qarşılıqlı açıq canlı dialoq şəkilində davam etdiyindən xeyli maraqlı alınmış, şair oxucuların çoxsaylı suallarını cavablandırmışdır. Publikanın geniş marağı əsas götürülərək şairlə daha bir görüşün keçirilməsi qərara alınmışdır. Daha sonra rektor, Xalq Yazıçısı Kamal Abdullanın adından müəllifi olduğu iki kitab şairə hədiyyə edilmişdir. Tofiq Nurəli sonda ADU-nun rəhbərliyindən, professor-müəllim heyətindən tutmuş belə maraqlı görüşün keçirilməsində əməyi keçən hər bir kəsə, tədbirin təşkilatçıları olan Magistratura şöbəsinin və Pedaqogika kafedrasının əməkdaşlarına təşəkkür etmiş, görüşün bütün iştirakçılarına minnətdarlığını bildirmişdir. Sonda şair Qarabağ zəfərimizə həsr olunmuş “Şuşa” şeirini oxumuşdur.

Müstəqil.Az

Share: