ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Bu haqda “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“Hazırda proses davam etdirilir. Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”, – məlumatda qeyd olunub.


Share: