Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları Sankt-Peterburq və Bakı arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
“Pulkovo” hava limanından Bakıya uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.
Bilet satışı artıq açıqdır.