Afaq Bəşirqızının “Bəxt üzüyü 2”-yə görə SƏHHƏTİ PİSLƏŞDİ – AÇIQLAMA

Xalq Artisti Afaq Bəşirqızının səhhəti pisləşib.
Müstəqil.az bildirir ki,Publika.az-ın əldə etdiyi məlumata görə, “Bəxt üzüyü 2” filmində yer alan sənətçi 14 gün çəkilişlərdə iştirak edib. Çəkilişlərdən sonra sənətçinin bel nahiyəsində problem yaranıb. O, bir müddətdir ki, evdə müalicə alır.
Məsələ ilə bağlı A.Bəşirqızı ilə əlaqə saxladıq. O, hazırda vəziyyətinin yaxşı olduğunu bildirdi:
“İndi səhhətimlə bağlı hər şey yaxşıdır. Çəkilişlərimiz bitdi. Film fevral ayında ekranlara çıxacaq. Qeyd edim ki, ekran işində “Bəxt üzüyü”ndən beş personaj var. Ssenari tamam başqa cürdür. Bu proyektə inandım və orada yer aldım. Film Vaqif Səmədoğlunun 80 illik yubileyinə hədiyyəmizdir”.
Qeyd edək ki, “Bəxt üzüyü 2” “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilib.

Share: