AFFA İntizam Komitəsi Azərbaycan 1-ci liqasında mübarizə aparan “İrəvan” klubuna texniki məğlubiyyət verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında qərar qəbul olunub.
“İrəvan” 1-ci liqanın 5-ci turunda “İmişli” ilə görüşə gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb. Həmçinin klub 400 manat cərimə edilib.
Qeyd edək ki, “İrəvan” klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.