Bu gün “Kəpəz”in Müşahidə Şurasından geri çağırılan Mikayıl Nərimanoğlu AFFA-dakı vəzifəsini də itirib.
Publika.az qurumun saytına istinadən xəbər verir ki, “Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev geri çağırılır. Daha sonra isə onun AFFA-dakı vəzifəsindən də azad olunduğu məlum olub.
Onun əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi departamentin digər əməkdaşı Firuz Abdullaya (Qarayev) həvalə edilib. Firuz bəy bu təyinatı təsdiqləyib.
Qeyd edək ki, Firuz Abdulla “Səbail”in Müşahidə Şurasının da üzvüdür.
Müstəqil.Az