AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu olan PSV (Niderland) – “Monako” (Fransa) matçının hakim-inspektoru olacaq.
Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək.