AFFA İntizam Komitəsinin iclası keçirilib.
Müstəqil.az xəbər verir ki, iclasda Topaz Premyer Liqanın 26-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” – “Keşlə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçında meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə ödəməli olacaq.