AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Gənclər Liqasında keçirilən “Kəpəz” – “Sabah” oyununda “Sabah”ın baş məşqçisi İqor Ponomaryov qarşılaşmanın 90-cı dəqiqəsində hakimlərə qəti şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
Gənclər Liqasında keçirilən İCBFA – “Şamaxı” FK oyununda İCBFA komandasının futbolçusu Rəmzi Səfərov qarşılaşmanın 86-cı dəqiqəsində meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
Bu oyunda “Şamaxı”nın futbolçusu Rüstəm Əlizadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.