Afinada Yunanıstanın “AEK” və Xorvatiyanın “Dinamo” futbol klublarının fanatları arasında kütləvi dava baş verib.
“Qafqazinfo” Yunanıstanın “ERT” telekanalına istinadən xəbər verir ki, dava nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.
Məlumata görə, UEFA-nın “Dinamo” klubunun tərəfdarlarına sözügedən oyunda iştirakına qadağa qoymasına baxmayaraq, 150-200 tərəfdardan ibarət qrup avtomobillərlə Yunanıstana gəlib.
İnsident zamanı 96 nəfər saxlanılıb. Eyni zamanda, çox sayda mağazanın vitrininə və avtomobilə ziyan dəyib.
Davanın səbəbi açıqlanmayıb.