İctimai fəallar Afiyəddin Məmmədov və Samir Sultanov həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclaslarda onların hər biri barəsində 30 sutka inzibati tənbeh növü seçilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, onlar dünən Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələb ediblər. Həmin vaxt polislə həmin şəxslər arasında insident yaşanıb. A.Məmmədov və S.Sultanov polis tərəfindən saxlanılıb.