“ABŞ Prezidenti Co Bayden indiki mərhələdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı tələb etməyi planlaşdırmır”.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
“Biz hazırkı mərhələdə Prezident Baydenin Putinə zəng etməsini planlaşdırmırıq”, – deyə Jan-Pyer bildirib.
Mənbə: Gazeta.ru