ABŞ hakimiyyəti Türkiyədə ümumi seçkinin dinc şəraitdə keçirildiyini hesab edir.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin Amerika lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlığa hazırdır.
“Türk xalqını dinc şəraitdə iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. ABŞ Prezidenti Co Bayden seçkidə qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir”, – Kirbi bəyan edib.
Ağ Ev nümayəndəsinin qeyd etdiyi kimi, Türkiyə rəhbərliyinin tərkibini bu dövlətin xalqı müəyyən etməlidir. O, həmçinin əlavə edib ki, ABŞ respublikadakı vəziyyəti izləyir.
Mənbə: TASS