Ağ Ev Türkiyənin cənubunda terror təhlükəsinin davam etdiyini və özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib.
Bunu mətbuat konfransı zamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi “Zoom” vasitəsilə keçirdiyi brifinqdə Ağ Ev müxbirlərinin suallarını cavablandırıb.
Türkiyənin Suriya ilə sərhədində baş verənləri dəyərləndirən Ağ Ev rəsmisi “Türkiyə, xüsusən də cənubunda terror təhlükəsindən əziyyət çəkməyə davam edir. Təbii ki, onların özlərini və vətəndaşlarını müdafiə etmək hüququ var”, – deyə vurğulayıb.
Mənbə: Haber Global