Ağ Ev ÜST-nin koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi

Ağ Ev ÜST-nin koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsi COVID-19-un mənşəyini aydınlaşdırmadı.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib.

“Bizim ekspertlərimiz ondan narahatdır ki, hər hansı bir fərziyə üçün əlavə dəstək yoxdur. Mənşə ilə əlaqəli altı-doqquz ay əvvəl baş verənlərlə müqayisədə anlayışa və ya daha çox biliyə yaxın olmamışıq. Eyni zamanda bunun qarşısını necə almağımıza dair heç bir göstəriş və tövsiyə yoxdur, halbuki gələcəkdə bu da lazımdır”, – Psaki deyib.

Bundan başqa, o, Çini virusun mənşəyinin səbəbləri üzrə qeyri-şəffaflıqda ittiham edib. “Onlar şəffaf deyildilər, məlumatları vermədilər. Bunu əməkdaşlıq adlandırmaq olmaz”, – Psaki deyib.

Müstəqil.Az

Share: