Ağcabədi rayonunun Poladlı kəndində keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, 10 ədəd bəzədilmiş “Belarus” markalı traktor toy karvanına bəyin xəbəri olmadan qoşulub.
Dostları toyu olan Rabil Əliyevi bu şəkildə təəccübləndirmək istəyiblər. Artıq ənənəyə çevrilməyə başlayan bu tip toy karvanı ətrafdakıların da marağına səbəb olub. (report)