Ağciyər Xəstəlikləri İnstitutunda sensasion iclasın VİDEOSU və ikitirəlik

Məlum olduğu kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu

Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.

Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

Bu hadisədən sonra Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni şöbə rəisləri və bəzi həkimlərə töhmət, bir neçə həkimi isə vəzifəsindən azad edib.

Məsələ ilə bağlı həkimlər öz narazılığını bildiriblər.

İclasda həkimlərlə direktor arasında qalmaqal yaşanıb. Həkimlərdən bir neçəsi direktoru və ətrafını qanunsuzluqda ittiham edib, deyib ki, töhmətlə razı deyil: “Sizin ətrafınızda ikitirəlik yaradıb. Sizin o cərrahiyyə şöbəsinə müdir təyin edilən Faiqi cənab nazir niyə işdən çıxarmışdı? Çünki erməni ilə sərhəddə döyüşən əsgərin dərmanını verməmişdi…”.

Digər bir xanım həkim isə konkret faktlarla direktoru sual yağışına titub…

Həqiqət Qədirova isə həkimlərə xəbərdarlıq edərək bu sözləri deyib: “Buranı bazara çevirməyin!”

Müstəqil.Az

 /unikal.org/

Share: