Ağdam Dövlət Dram Teatrı 100-cü teatr mövsümünü “Azad Şuşa” əsəriylə açdı

Ağdam Dövlət Dram Teatrı 100-cü teatr mövsümünü “Azad Şuşa” əsəriylə açdı

Bu gün Ağdam Dövlət Dram Teatrı özünün 100-cü teatr mövsümünü mənim “Azad Şuşa” əsərimlə açdı. Sözügüdən tamaşa mənim Ağdam teatrsevərləri ilə sayca 3-cü görüşümdür.
Şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu tamaşa səhnədə Azərbaycan əsgərinin mərdlik və yenilməzliyinin dolğun və mükəmməl şəkidə canlandırılması ilə yadda qaldı. Tamaşanın quruluşçu rejissoru, tanınmış səhnə ustası, Prezident mükafatçısı Kərim Həsənov dramaturji materialı həssaslıqla duymuş, Qarabağ uğrunda gedən öıüm-dirim savaşında qəhrəman oğul və qızlarımızın göstərdiyi rəşadəti səhnə dili ilə yüksək peşəkarlıqla ifadə etməyə nail olmuşdur. Onun aktyorlarla apardığı gərgin və səmərli yaradıcılıq işi öz müsbət bəhrəsini verdi. K.Həsənovun özünün də rol aldığı bu tamaşada aktyorlardan E.Hümbətovun, F.Fərhadzadənin və X. Xudadatovanın ifaları teatrsevərlər tərəfindən alqışlarla qarşılandı. Tamaşanın uğurlu alınmasında quruluşçu rəssamı M.Qarayevin və musiqi tərtibatşısı E.Cəfərovun da əməyi az olmamışdır.
Sonda bir daha mənim yaradıcılığıma göstərilən bu diqqət və qayğıya görə teatrının direktoru çox hörmətli Məhəmməd Hüseynova, baş rejissor Kərim Həsənova, tamaşanın ərsəyə gəlməsinə əməyi olan hər bir kəsə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.

Sahib İbrahimli
Dramaturq -Əməkdar mədəniyyət işçisi.

Share: