Ağdam rayonunda gənc qadın özünü asdı

Ağdam rayonunda gənc qadın özünü asdı

Ağdam rayonunda 26 yaşlı qadın özünü asaraq intihar edib. Yerli KİV-lərin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Kamallı Sücayət Valeh qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Məlumata görə, 26 yaşlı qadının toyu cəmi 6 ay əvvəl olubmuş.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb.

Müstəqil.Az

Share: