Ağdam şəhərinin baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.
xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub: “Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.
Umumi uzunluğu 189.7 kilometr olan avtomobil yolunun 17,5 kilometrlik hissəsinin torpaq yatağının eni 55-60 metr təşkil edəcək. Bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50 km olmaqla 4 hərəkət zolaqlı yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olmaqla 2 hərəkət zolaqlı ğolacaq. Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır”.